Bakı. Trend:
Britaniyada bir zəif şifrə kibercinayətkar dəstənin 158 illiktarixi olan şirkəti məhv etməsinə və 700 nəfərin işsiz qalmasınasəbəb olub.
Trend xəbər verirki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, hakerlər KNP şirkətinin bir əməkdaşının olduqcaasan parolunu təxmin edərək şirkətin kompüter sisteminə daxil olabiliblər. Bundan sonra onlar şirkətin bütün məlumatlarınışifrələyərək, daxili sistemləri bloklayıblar.
“Akira” adlı haker dəstəsi şirkətin təhlükəsizlik sisteminisındırıb şifrələdikdən sonra işçilər biznesin idarə olunması üçünzəruri olan məlumatlara çıxış imkanını itiriblər.Kibercinayətkarlarşifrənin aradan qaldırılması üçün şirkətdən iri məbləğdə pul tələbediblər.
Hakerlərin tələb etdiyi məbləğin 5 milyon funt sterlinqə yaxınolduğu ehtimal edilir. KNP bu qədər vəsaitə sahib olmadığındannəticədə, bütün məlumatlar itdi və şirkət fəaliyyətini dayandıraraqbağlandı.
Qeyd edək ki, KNP - Nortemptonşayr nəqliyyat şirkəti virtualhücum qurbanı olmuş on minlərlə Britaniya şirkətindən biridir.