AZ

"Cincilim" romanı çap olundu

Yazıçı Bəhruz Romançının yeni romanı çap olunub.

Kulis.azxəbər verir ki, "Cincilim" adlanan roman "Qanun" nəşriyyatında çıxıb.

Romanda 90-cı illərin çətin dövrlərindən, Ərəllə Cincilimin saf məhəbbətindən, qovuşmaq üçün dəf etdikləri maneələrdən bəhs edilir.

Əsərdə iki gəncin sevgisi ilə yanaşı, dövrün zəngin palitrası da təqdim olunub. Rəvan, axıcı dillə yazılmış roman geniş oxucu kütləsinin marağına səbəb olacaq.

Qeyd edək, "Cincilim" müəllifin sayca ikinci kitabıdır, onun ötən il "Günəşin kölgəsində" adlı debüt romanı nəşr olunub.

Seçilən
38
15
kulis.az

10Mənbələr