AZ

Prezident Tahir Talıblını da təltif etdi

Azərbaycan Mətbuatının 150 illik yubileyi ərəfəsində Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla bir sıra media nümayəndələri təltif olunub. Onların arasında əməkdar jurnalist Tahir Talıblı da yer alıb. O, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.

Qeyd edək ki, Tahir Talıblı 55 illik tarixi olan “Bulaq” verilişinin 30 ildən artıqdır ki, ssenari müəllifidir. Eyni zamanda, o, bir neçə şeir kitabının və Azərbaycanın ictimai-siyasi həyatında mühüm yer tutan “Əziz Əliyev: dövrü, həyatı, şəxsiyyəti” kitabının müəllifidir.

Redaksiyamız adından Tahir Talıblını təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Seçilən
16
48
moderator.az

10Mənbələr