AZ

Əli Əsədov Ukraynanın yeni təyin olunmuş Baş nazirini təbrik edib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 18-də Yuliya Sviridenkonu Ukraynanın Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Ə.Əsədov təbrik məktubunda Azərbaycan-Ukrayna əlaqələrinin dərin tarixi köklərə və xoş ənənələrə malik olduğunu, dövlətlərarası münasibətlərin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu bildirib.

Azərbaycan ilə Ukrayna arasındakı ənənəvi dostluq əlaqələrinin və qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə və genişlənəcəyinə əminlik ifadə olunub.

MƏLUMAT YENİLƏNİR

Seçilən
44
32
report.az

10Mənbələr