AZ

Əli Əsədov Ukraynanın yeni Baş nazirini təbrik edib

Azərbaycanın Baş naziri Əli Əsədov Yuliya Sviridenkonu Ukraynanın Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

 

Senzor.az bildirir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

 

Ə.Əsədov təbrik məktubunda Azərbaycan-Ukrayna əlaqələrinin dərin tarixi köklərə və xoş ənənələrə malik olduğunu, dövlətlərarası münasibətlərin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu bildirib.

 

Azərbaycan ilə Ukrayna arasındakı ənənəvi dostluq əlaqələrinin və qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə və genişlənəcəyinə əminlik ifadə olunub.

 

Seçilən
41
32
senzor.az

10Mənbələr