AZ

Əli Əsədov Ukraynanın yeni baş nazirinə məktub göndərdi

Baş nazir Əli Əsədov Yuliya Sviridenkonu Ukraynanın baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

"Ölkə.az" xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Ə.Əsədov təbrik məktubunda Azərbaycan-Ukrayna əlaqələrinin dərin tarixi köklərə və xoş ənənələrə malik olduğunu, dövlətlərarası münasibətlərin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu bildirib.

Azərbaycanla Ukrayna arasındakı ənənəvi dostluq əlaqələrinin və qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə və genişlənəcəyinə əminlik ifadə olunub.

phrase_var_article.chosen
59
32
olke.az

10phrase_var_article.sources