AZ

Premyer Liqa: 2025/2026 mövsümünün püşkü atıldı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün püşkatma mərasimi keçirilib.

Arena.az xəbər verir ki, mərasimdə Peşəkar Futbol Liqasının (PFL) prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov, bu qurumun media və marketinq direktoru Sənan Abdullayev, həmçinin Yarışların Təşkili və Qeydiyyat şöbəsinin rəhbəri Elçin Mehdiyev iştirak ediblər.

Elgiz Abbasov yeni mövsümlə bağlı müəyyən məlumatlar verib. Daha sonra püşkatmaya start verilib.

34-cü dəfə keçiriləcək Azərbaycan çempionatında 12 komanda – “Qarabağ”, “Zirə”, “Sabah”, “Sumqayıt”, “Neftçi”, “Turan Tovuz”, “Qəbələ”, “Araz-Naxçıvan”, “Kəpəz”, “Şamaxı”, “Karvan” və “İmişli” mübarizə aparacaq.

Qeyd edək ki, Azərbaycan çempionatında 2025/2026-cı illər mövsümünə avqustun 15-də start veriləcək.

Çempionatın ilk turunda aşağıdakı cütlüklər qarşılaşacaqlar:

Azərbaycan Premyer Liqası
1-ci tur

İmişli – Turan Tovuz
Neftçi – Şamaxı
Sabah – Qarabağ
Sumqayıt – Kəpəz
Karvan – Qəbələ
Zirə – Araz-Naxçıvan

Seçilən
22
17
arena.az

10Mənbələr