
Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümünün püşkatma mərasimi keçirilib.
Reyting.az xəbər verir ki, mərasimdə Peşəkar Futbol Liqasının (PFL) texniki idman direktoru Elgiz Abbasov, PFL-in media və marketinq direktoru Sənan Abdullayev, həmçinin Yarışların Təşkili və Qeydiyyat şöbəsinin rəhbəri Elçin Mehdiyev iştirak ediblər.
E.Abbasov yeni mövsümlə bağlı detallı məlumat verib. Daha sonra püşkatmaya start verilib.
34-cü dəfə keçiriləcək və 12 komandanın - “Qarabağ”, “Zirə”, “Sabah”, “Sumqayıt”, “Neftçi”, “Turan Tovuz”, “Qəbələ”, “Araz-Naxçıvan”, “Kəpəz”, “Şamaxı”, "Karvan" və "İmişli"nin iştirak edəcəyi çempionatın ilk turunda aşağıdakı cütlüklər qarşılaşacaq:
I tur
"İmişli" - "Turan Tovuz"
"Neftçi" - "Şamaxı"
"Sabah" - "Qarabağ"
'Sumqayıt" - "Kəpəz"
"Karvan" - "Qəbələ"
"Zirə" - "Araz-Naxçıvan"
Tədbirdə həmçinin III dövrədə ev sahibi olacaq komandanı müəyyənləşdirmək üçün püşk atılıb.
III dövrənin püşkatması
XXIII tur
"Zirə" - "Kəpəz"
"Qarabağ" - ""Araz-Naxçıvan"
"Karvan" - "Sumqayıt"
'Şamaxı" - "İmişli"
"Sabah" - "Qəbələ"
"Neftçi" - "Turan Tovuz"
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümünə avqustun 15-də start veriləcək.