AZ

Premyer Liqada yeni mövsümün püşkü atıldı, “Neftçi “ və “Qarabağ”... CANLI YAYIM

Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünün püşkatma mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, mərasimdə Peşəkar Futbol Liqasının (PFL) texniki idman direktoru Elgiz Abbasov, PFL-in media və marketinq direktoru Sənan Abdullayev, həmçinin Yarışların Təşkili və Qeydiyyat şöbəsinin rəhbəri Elçin Mehdiyev iştirak ediblər.

E.Abbasov yeni mövsümlə bağlı detallı məlumat verib. Daha sonra püşkatmaya start verilib.

34-cü dəfə keçiriləcək və 12 komandanın - “Qarabağ”, “Zirə”, “Sabah”, “Sumqayıt”, “Neftçi”, “Turan Tovuz”, “Qəbələ”, “Araz-Naxçıvan”, “Kəpəz”, “Şamaxı”, "Karvan" və "İmişli"nin iştirak edəcəyi çempionatın ilk turunda aşağıdakı cütlüklər qarşılaşacaq:

Premyer Liqada 2025/2026 mövsümünə avqustun 15-də start veriləcək.

I tur

"İmişli" - "Turan Tovuz"

"Neftçi" - "Şamaxı"

"Sabah" - "Qarabağ"

'Sumqayıt" - "Kəpəz"

"Karvan" - "Qəbələ"

"Zirə" - "Araz-Naxçıvan"

Seçilən
10
17
sportinfo.az

10Mənbələr