UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Şelburn” (İrlandiya) oyununun biletləri bu gün, saat 12:00-dan etibarən satışa çıxarılıb.
Rekord.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.
Biletləri "iTicket.az"-ın satış məntəqələri (iTicket.az-da onlayn satış); "Park Bulvar"dakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür.