AZ

“Qarabağ” - “Şelburn” oyununun biletləri satışa çıxarılır

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Şelburn” (İrlandiya) oyununun biletləri iyulun 18-i saat 12.00-dan etibarən satışa çıxarılacaq.

"Football-plus.az" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdı.

Satış məntəqələri: iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış); Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu; Tofiq Bəhramov adına Respublika stadionunun kassaları.

Seçilən
42
32
football-plus.az

10Mənbələr