AZ

Qubada "VAZ" yük maşını ilə toqquşdu - Xəsarət alanlar var

Qubada iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb. Avtosfer.az-ın məlumatına görə, Quba şəhərinin Əliqulu Nərimanov və Qələbə küçələrinin kəsişməsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
"VAZ-2109" markalı minik avtomobili ilə yük avtomobili toqquşub. Nəticədə 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Quba şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Avtosfer.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “ВАЗ” markalı minik avtomobili ilə “КамАЗ” markalı yük avtomobili toqquşub, 1 nəfər minik avtomobilində sıxılı vəziyyətdə qalıb. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşlar müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

***

İyulun 18-də saat 07:00 radələrində Quba rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər (kişi cinsli) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib. Bu barədə Avtosfer.az-a TƏBİB-dən məlumat verilib. "2004-cü il təvəllüdlü şəxsə sağ bud sümüyünün çıxığı diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilib. 2008-ci il təvəllüdlü şəxsə qapalı kəllə-beyin travması, komatoz vəziyyət, beyin silkələnməsi diaqnoz təyin olunaraq Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir. 2004-cü il təvəllüdlü şəxsə isə qapalı-kəllə beyin travması, baş-beyin əzilməsi, üzün sağ nahiyəsinin kəsilmiş-cırılmış yarası diaqnozu təyin olunaraq Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir", məlumatda deyilir.

Seçilən
31
11
avtosfer.az

10Mənbələr