Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Quba şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, VAZ markalı minik avtomobili ilə "KamAZ" markalı yük avtomobili toqquşub, bir nəfər minik avtomobilində sıxılı vəziyyətdə qalıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti yayıb.
Mənbə qeyd edir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri əraziyə gələrək müxtəlif xəsarətlər alan 3 nəfəri nəqliyyat vasitəsindən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta