"Sabah" Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxıb.
Operativ Media xəbər verir ki, ilk oyunda 2-3 hesabı ilə məğlub olan Azərbaycan təmsilçisi Sloveniyada "Çelye" kollektivinin qonağı olub.
Matç 3-3 hesabı ilə başa çatıb və iki oyunun nəticəsinə görə "Sabah" mübarizəni dayandırıb.
Qeyd edək ki, "bayquşlar" mübarizəni Konfrans Liqasında davam etdirəcək.