Azərbaycan Premyer Liqasında yeni mövsümdə bəzi klublar ev oyunlarını fərqli məkanda keçirəcək.
Operativ Media xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının texniki direktoru Elgiz Abbasov püşkatma mərasimində deyib.
“Turan Tovuz” Tovuz şəhər stadionunun təmirə bağlanması səbəbindən ev oyunlarını “Azersun Arena”da keçirəcək. Debütant “Karvan” rəqiblərini müvəqqəti Şamaxıda, “Kəpəz” Qəbələdə, "İmişli " isə Qubada qəbul edəcək.
Premyer Liqada yeni mövsümə avqustun 15-əd start veriləcək.