Ötən mövsümün sonunda Bakının "Neftçi" klubundan ayrılan yarımmüdafiəçi Filip Ozobiç futbol üzrə Azərbaycan Premyer Liqasında çıxışını davam etdirəcək.
Operativ Media xəbər verir ki, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi “Sumqayıt”la anlaşıb və gələn mövsümün sonuna kimi bu klubun formasını geyinəcək.
Qeyd edək ki, keçid baş tutarsa, bu, Ozobiçin Azərbaycanda çıxış etdiyi 4-cü klub olacaq.