Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampla arasında ilk baxışdan göründüyündən daha çox ortaq cəhət ola biləcəyini bildirib. Bu barədə o, The New York Post nəşrinə verdiyi müsahibədə deyib.
“İlk növbədə, biz xalqın seçimiyik… Və biz xalqımızla eyni dəyərləri bölüşürük,” – deyə Zelenski vurğulayıb.
Onun sözlərinə görə, bu dəyərlərə azadlığın, ailənin və vətənin müdafiəsi daxildir. Ukrayna lideri hesab edir ki, məhz bu ortaq dəyərlər səbəbindən ABŞ xalqı Ukraynanın Rusiyaya qarşı mübarizəsinə güclü dəstək verir.
//Samir Qurbanov, Editor.az