AZ

“Şəhid ailələri və müharibə iştirakçılarına hüquqi yardım xidmətinin təşkili”  layihəsi həyata keçirilir

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş “Şəhid ailələri və müharibə iştirakçılarına hüquqi yardım xidmətinin təşkili”  layihəsi həyata keçirilir.

QHT.az xəbər verir ki, layihə çərçivəsində ilk tədbir 16.07.2025 il tarixində Çəlililabad rayonunda qəbul təşkil edilmişdir.

Qəbulda hüquqi yardıma ehtiyacı olan Şəhid ailələri və müharibə iştirakçılarına  vəkillər tərəfindən hüquqi yardım xidməti təşkil edilmişdir. Qəbulda vətəndaşları  narahat edən problemləri ilə bağlı müvafiq məsləhətlər verilmişdir. Eyni zamanda  müvafiq qurumlara müraciətlər, ərizə və şikayətlər tərtib edilmişdir.

Seçilən
29
5
qht.az

9Mənbələr