AZ

Şirvanda şəhid ailələri və müharibə iştirakçılarına hüquqi yardım göstərilib

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Şəhid ailələri və müharibə iştirakçılarına hüquqi yardım xidmətinin təşkili”  layihəsi həyata keçirilir.

Layihə çərçivəsində növbəti tədbir 23.07.2025 il tarixində Şirvan şəhərində qəbul təşkil edilmişdir.

Qəbulda hüquqi yardıma ehtiyacı olan Şəhid ailələri və müharibə iştirakçılarına  vəkillər tərəfindən hüquqi yardım xidməti təşkil edilmişdir. Qəbulda vətəndaşları  narahat edən problemləri ilə bağlı müvafiq məsləhətlər verilmişdir. Eyni zamanda  müvafiq qurumlara müraciətlər, ərizə və şikayətlər tərtib edilmişdir.

AzPost.az

Seçilən
10
5
azpost.info

6Mənbələr