AZ

Masallıda şəhid ailələri və müharibə iştirakçılarına hüquqi yardım göstərildi

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş “Şəhid ailələri və müharibə iştirakçılarına hüquqi yardım xidmətinin təşkili” layihəsi həyata keçirilir.

"Cebheinfo.az" xəbər verir ki, layihə çərçivəsində növbəti tədbir 19.07.2025 il tarixində Masallı rayonunda qəbul təşkil edilmişdir.

Qəbulda hüquqi yardıma ehtiyacı olan Şəhid ailələri və müharibə iştirakçılarına vəkillər tərəfindən hüquqi yardım xidməti təşkil edilmişdir. Qəbulda vətəndaşları narahat edən problemləri ilə bağlı müvafiq məsləhətlər verilmişdir. Eyni zamanda müvafiq qurumlara müraciətlər, ərizə və şikayətlər tərtib edilmişdir.

"Cebheinfo.az"

Seçilən
3
2
cebheinfo.az

4Mənbələr