AZ

“Ermənistanı Serj Sarkisyandan azad etdiyimiz kimi, kilsəni də azad edəcəyik” - Paşinyan

“Mən heç bir şəkildə kilsə əleyhinə kampaniya aparmıram”.

Missiya.Az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı məlumat verib.

Onun sözlərinə görə, kilsə özü və ailəsi üçün müqəddəsdir, ona görə də heç bir hərəkət kilsəyə qarşı yönələ bilməz.

Siyasətçi bildirib ki, nə ediriksə, biz kilsə naminə edirik.

Paşinyan qeyd edib ki, Ermənistanı Serj Sarkisyandan azad etdiyimiz kimi, kilsəni də azad edəcəyik.

Daşqın HəsənovMissiya.Az

Seçilən
63
50
missiya.az

10Mənbələr