NATO-nun Ukraynaya silah satışı müqaviləsi çərçivəsində Patriot zenit-raket komplekslərinin ilk tədarükü artıq başlayıb.
Operativ Media xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Vaşinqtondan kənarda yerləşən Endryus Hərbi Hava Qüvvələri bazasında jurnalistlərə deyib.
“Onlar artıq təchiz olunur. Almaniyadan göndərilir və sonradan Almaniya tərəfindən əvəzlənirlər. Bütün hallarda isə ABŞ ödənişləri tam şəkildə alır”, - deyə, o qeyd edib.
Əvvəllər bildirilirdi ki, NATO ölkələri Ukraynanı öz arsenallarından silahlarla təmin edəcək və ehtiyatlarını artırmaq üçün ABŞ ilə yeni tədarüklər üçün müqavilələr bağlayacaq.