İstanbulda birbaşa danışıqların yekun məqsədi Rusiya-Ukrayna münaqişəsinə mümkün qədər tez son qoymaqdır.
Moderator.az-ın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda Çırağan sarayında danışıqların üçüncü raundu başlamazdan əvvəl deyib.
“Danışıqların son məqsədi sülhə yol açacaq atəşkəsdir", - Fidan bildirib.