İstanbulda Rusiya və Ukrayna arasında danışıqların keçiriləcəyi Çırağan Sarayının ərazisi mühasirəyə alınıb.
NOCOMMENT.az bildirir ki, bu barədə RİA Novosti xəbər verir.
Ətrafda polis maşınları patrul edir, hüquq-mühafizə orqanlarının əməkdaşları girib-çıxır, bənd də bağlanıb.
Moskva və Kiyev iyulun 23-ü axşam saatlarında İstanbulda danışıqlara başlayacaqlar.Rusiya -Ukrayna danışıqlarının üçüncü raundu Çırağan sarayında keçiriləcək. Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edir. Ukrayna nümayəndə heyətinin rəhbəri hələ də keçmiş müdafiə naziri, indi isə respublikanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının ( NSDC ) katibi Rüstəm Umerov olacaq.