AZ

Aleksandr İsak üçün 137 milyon avro istəyirlər

 “Nyukasl”ın hücumçusu Aleksandr İsak karyerasını "Liverpul"da davam etdirə bilər.

90deqiqe.Az-ın “ESPN”ə istinadən yaydığı xəbərə görə, Mersisayd təmsilçisi forvardın xidmətində maraqlıdır. İngiltərə klubu hələlik rəsmi təklif göndərməsələr də, futbolçunun transfer şərtlərini öyrənmək məqsədilə “Nyukasl”la əlaqə saxlayıblar.

“Sorğular” isə isveçli forvardı satmaq niyyətində deyil. Lakin mənbə iddia edir ki, “Nyukasl” yalnız bir halda İsaqla yollarını ayıra bilər – əgər “Liverpul” futbolçu üçü 137 milyon avro ödəməyə razılaşsa. Bu, klubun son vaxtlar transferinə ən çox vəsait xərclədiyi oyunçu – Florian Virts üçün ödədiyi məbləğə bərabərdir.

Aleksandr İsak ötən mövsüm Premyer Liqada parlaq çıxışı ilə yadda qalıb və bir sıra top-klubların diqqətini cəlb edib.Ötən mövsüm isveçli bütün yarışlarda 42 matçda iştirak edib, 27 qol vurub və 6 məhsuldar ötürmə edib. İsveçlinin klubla hazırkı müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Nüfuzlu internet portalı Aleksandrın transfer dəyərini 120 milyon avro qiymətləndiri

Seçilən
90
10
90deqiqe.az

10Mənbələr