AZ

"Monako" “Nyukasl”ın müdafiəçisi üçün hərəkətə keçib

“Nyukasl”ın müdafiəçisi Kiran Tripyer karyerasını Fransanın Liqa 1 klubunda davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, “Monako” 34 yaşlı futbolçunun xidmətində maraqlıdır. "Knyazlılar" təcrübəli futbolçunun agenti ilə artıq əlaqə saxlayıb.  

İngiltərə klubunun baş məşqçisi Eddi Hau müdafiəçini əsas heyətin dəyişməz üzvü hesab etsə də onun gələn yüksək təklifi geri çevirməyəcək.

Ötən mövsüm “Nyukasl” üçün 32 oyunda iştirak edən və 4 məhsuldar ötürmə edən Tripyerin müqaviləsi gələn yay başa çatacaq. Transfermarkt-a görə, onun bazar qiyməti 4 milyon avrodur.

“Monako”nun marağı fonunda, İngiltərə klubunun qərarı yaxın vaxtlarda məlum olacaq.

Seçilən
23
10
90deqiqe.az

10Mənbələr