AZ

"Araz-Naxçıvan" Super Liqa təmsilçisinə uduzdu

BAKI, 14 iyul. TELEQRAF

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirən “Araz-Naxçıvan” Superliqa təmsilçisi “Konyaspor”la yoxlama oyunu keçirib.

Teleqraf xəbər verir ki, Ərzurumda "Yüksək İrtifa Təlim-Məşq Mərkəzi"nin meydançasında keçirilən qarşılaşma “qırmızı-ağlar”ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, Elmar Baxşıyevin kollektivi buna qədər “Bayburtspor”(14:0) və “Alanyaspor” komandaları ilə yoxlama görüşləri keçirib. “Qırmızı-ağlar” toplanışı iyulun 17-də “Trabzonspor”la keçirəcəyi matçla yekunlaşdıracaq.

Seçilən
19
4
teleqraf.com

5Mənbələr