AZ

“Araz-Naxçıvan” Türkiyə komandasına məğlub oldu

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirən “Araz-Naxçıvan” Superliqa təmsilçisi “Konyaspor”la qarşılaşıb.

 

Sfera.az xəbər verir ki, Ərzurumda "Yüksək İrtifa Təlim-Məşq Mərkəzi"nin meydançasında keçirilmiş qarşılaşma “qırmızı-ağlar”ın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

 

Qeyd edək ki, Naxçıvan təmsilçisi buna qədər “Bayburtspor” (14:0) və “Alanyaspor” (0:0) komandaları ilə yoxlama görüşləri keçirib. “Qırmızı-ağlar” toplanışı iyulun 17-də “Trabzonspor”la keçirəcəyi matçla yekunlaşdıracaq.

Seçilən
19
4
sfera.az

5Mənbələr