AZ

“Araz-Naxçıvan” Türkiyə komandasına məğlub oldu


Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirən “Araz-Naxçıvan” Superliqa təmsilçisi “Konyaspor”la qarşılaşıb.

News24.az xəbər verir ki, Ərzurumda "Yüksək İrtifa Təlim-Məşq Mərkəzi"nin meydançasında keçirilmiş qarşılaşma “qırmızı-ağlar”ın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, Naxçıvan təmsilçisi buna qədər “Bayburtspor” (14:0) və “Alanyaspor” (0:0) komandaları ilə yoxlama görüşləri keçirib. “Qırmızı-ağlar” toplanışı iyulun 17-də “Trabzonspor”la keçirəcəyi matçla yekunlaşdıracaq.


Seçilən
21
4
news24.az

5Mənbələr