Klublararası dünya çempionatının finalında "Çelsi" PSJ-ni 3:0 hesabı ilə məğlub edib.
Operativ Media xəbər verir ki, turnirdəki qələbə sayəsində London klubu 7 oyuna 120 milyon dollar qazanıb. Həmçinin, “Çelsi” klublararası dünya çempionatının qalibi kimi, 4 il formasına xüsusi emblem vura bilər.
"Çelsi" tarixində ikinci dəfə Klublararası Dünya Çempionatının qalibi olub. London komandası 2021-ci ilin finalında Palmeyrası məğlub edib.