BAKI, 14 iyul. TELEQRAF
Silahlı şəxs ABŞ-nin Kentukki ştatının Leksinqton şəhərində yerləşən baptist kilsəsində atəş açıb, çoxlu sayda insan yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə ştatın qubernatoru Endi Beşir “X” sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, naməlum şəxsin həmçinin Riçmond-roud küçəsində polis əməkdaşları ilə atışması qeydə alınıb. Bütün yaralılar xəstəxanaya yerləşdirilib.
Qubernator əlavə edib ki, hücumun təfərrüatları araşdırılır və yaxın vaxtlarda bu barədə məlumat veriləcək.