AZ

Əsədin Bakıdan aldığı dostluq: Əliyevin jesti türkmənləri sevindirdi – Yeni xəritə

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa iyulun 12-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Suriya prezidentini hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar. Əhməd Əl Şaraa səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.

Suiya liderinin səfərinin məqsədinin Azərbaycanla ikitərəfli əməkdaşlığın gücləndirilməsi olduğu bildirilir.

Globalinfo.az-a danışan suriyalı politoloq Muxtar Fateh Beydilli deyib ki, Prezident Əhməd Əl Şaraa İlham Əliyevin dəvəti ilə Bakıya səfər edib:

“Bu səfər Suriyanın Qafqaz bölgəsinə açılımı və Azərbaycanla ikitərəfli münasibətlərin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində iki ölkə arasında strateji əhəmiyyətə malik bir sıra sazişlərin imzalanacağı gözlənilir. Suriyanın xüsusən uzun illər müharibə və sanksiyalar səbəbilə ciddi ziyan görmüş enerji sektorunun bərpasına ehtiyac var.

Bu baxımdan Azərbaycan qazının Türkiyə ərazisindən keçməklə Suriyaya çatdırılması məsələsi də müzakirə ediləcək. Eyni zamanda, Dəməşq hökumətinin regional əməkdaşlıq xəritəsində yenidən yer almasına imkan yaradacaq ortaq inkişaf və iqtisadi layihələrin gündəmə gəlməsi gözlənilir”.

1d22befc
Muxtar Beydilli

Politoloq əlavə edib ki, Azərbaycanla Suriya arasında uzun müddət pozulmuş münasibətlərin yenidən qurulması vacibdir:

“Əlaqələrin soyumasına səbəb, əsasən Bəşər Əsəd rejiminin destruktiv siyasəti idi. Lakin yeni regional və qlobal reallıqlar fonunda əməkdaşlıq üçün imkanlar genişlənir. Suriyada yaşayan türkmənlər bu prosesdə mühüm rol oynaya bilərlər. Şaraanın səfəri, xüsusilə Bakı-Dəməşq münasibətlərinin inkişafı Suriyadakı türkmən icmasını sevindirir. Bu kontekstdə türkmənlərin mədəni və tarixi bağlılıqlarının iki ölkə arasında mədəni körpü rolunu oynaya biləcəyi reallıqdır.

Türkmənlərin hər iki ölkədəki sosial və mədəni inteqrasiyası, onların həm rəsmi strukturlar, həm də ictimai təşəbbüslər vasitəsilə diplomatik və iqtisadi əlaqələrin möhkəmləndirilməsində vasitəçi rolunu oynamağına şərait yaradır. Onilliklərdir Suriya cəmiyyətinin ayrılmaz tərkib hissəsi olan türkmənlər, bu yeni açılım mərhələsində iki dost xalq arasında əməkdaşlıq körpüsünün qurulmasında önəmli insan və diplomatik kapital hesab olunurlar.”

Seçilən
9
40
turkustan.az

10Mənbələr