AZ

Azərbaycanda klub yayın ilk transferini gerçəkləşdirdi

2025/26 mövsüm üçün heyət çalışmalarına start verən “Sumqayıt” ilk futbolçu keçidini reallaşdırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Kimyaçılar" portuqaliyalı oyunçu Pedro Pinto ilə 1+1 illik müqavilə imzalayıb. 30 yaşlı müdafiəçi “Sumqayıt”ın heyətində “14” nömrəli formada çıxış edəcək.

Son klubu Anqolanın “Petro Luanda” olan Pedro Pinto karyerası ərzində Portuqaliyanın “Vitoria Setubal”, “Arouka” kimi klublarının da şərəfini qoruyub.

Seçilən
75
3
sportinfo.az

10Mənbələr