"Sumqayıt" Silvanus Nimeli ilə yolları ayırıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Gənclik şəhəri" təmsilçisi ilə forvard arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Klub 26 yaşlı hücumçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Lliberiyalı legioner ötən ilin yayından "Sumqayıt"ın formasını geyinirdi.
Sumqayıt" bunadək Vaqif Cavadov (baş məşqçi), Vüqar Mustafayev (karyerasını başa vurub), Miloş Miloviç, Momo Yansane, Rövlan Muradov, Murad Xaçayev, Elvin Bədəlov, Cəsurbek Cəloliddinov, Bobir Abdixolikovla vidalaşıb.