AZ

“Sabah” Sloveniya klubuna məğlub oldu

“Sabah” UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda “Sele”yə məğlub olub.

Viral.az xəbər verir ki, görüş 2:3 hesabı ilə başa çatıb.

“Sele”dən Darko Hrka (90+3) və Franko Kovaçeviç (7 və 48) fərqləniblər. Bakı klubundan isə Pavol Şafranko iki qol (3 və 18-p.) müəllifi olub.

Son Yazılar:

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 17-də Sloveniyada keçiriləcək.

***

UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Sabah” – “Sele” matçında hesab bərabərləşib.

Viral.az xəbər verir ki, “Sele”dən Franko Kovaçeviç dubla imza atıb. O, 48-ci dəqiqədə fərqlənib -2:2.

Kovaçeviç daha əvvəl 7-ci dəqiqədə də qol vurmuşdu.

Paytaxt klubundan Pavol Şafranko dubla (3 və 18-ci dəqiqələr) imza atıb.

Qarşılaşma Masazırdakı “Bank Respublika Arena”da keçirilir.

***

UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Sabah” – “Sele” matçında ilk hissə başa çatıb.

Viral.az xəbər verir ki, “Sabah” fasiləyə üstün yollanıb – 2:1.

Paytaxt klubundan Pavol Şafranko dubla (3 və 18-ci dəqiqələr) imza atıb. Sloveniya təmsilçisindən isə Franko Kovaçeviç (7-ci dəqiqə) fərqlənib.

Qarşılaşma Masazırdakı “Bank Respublika Arena”da keçirilir.

***

UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Sele” ilə matçda “Sabah” hesabda önə keçib.

Viral.az xəbər verir ki, Pavol Şafranko dubla imza atıb. Futbolçu 18-ci dəqiqədə penaltidən fərqlənib.

Daha əvvəl P.Şafranko 3-cü dəqiqədə də qola imza atıb. Sloveniya klubundan isə Franko Kovaçeviç (7-ci dəqiqə) fərqlənib.

Qarşılaşma Masazırdakı “Bank Respublika Arena”da keçirilir.

***

UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Sabah” – “Sele” matçında hesab bərabərdir.

Viral.az xəbər verir ki, “Sabah”dan Pavol Şafranko (3-cü dəqiqə), Sloveniya klubundan isə Franko Kovaçeviç (7-ci dəqiqə) fərqlənib.

Qarşılaşma Masazırdakı “Bank Respublika Arena”da keçirilir.

***

UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Sabah” – “Sele” matçında hesab açılıb.

Viral.az xəbər verir ki, qarşılaşma Masazırdakı “Bank Respublika Arena”da keçirilir.

Görüşü qazaxıstanlı referi Daniyar Saxi idarə edir.

***

UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Sabah” – “Sele” matçına start verilib.

Viral.az xəbər verir ki, qarşılaşma Masazırdakı “Bank Respublika Arena”da keçirilir.

Görüşü qazaxıstanlı referi Daniyar Saxi idarə edir.

Seçilən
29
10
viral.az

10Mənbələr