UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Sabah" - "Sele" matçında meydan sahibləri məğlub olub.
Paralel.az xəbər verir ki, görüş 2:3 hesabı ilə başa çatıb.
"Sele"dən Darko Hrka (90+3) və Franko Kovaçeviç (7 və 48) fərqləniblər. Bakı klubundan isə Pavol Şafranko iki qol (3 və 18-p.) müəllifi olub.
***
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində "Sabah" "Selye"ni qəbul edir.
Paralel.az xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən matçı qazaxıstanlı Daniyar Saxi idarə edir.