“Sabah” UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda “Selye”yə məğlub olub.
Msport.az xəbər verir ki, Bakıdakı görüş 2:3 hesabı ilə başa çatıb.
“Selye”dən Darko Hrka (90+3) və Franko Kovaçeviç (7 və 48) fərqləniblər. Bakı klubundan isə Pavol Şafranko iki qolun (3 və 18-p.) müəllifi olub.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 17-də Sloveniyada keçiriləcək.