İtaliyanın "Fiorentina" klubu 39 yaşlı hücumçu Edin Dzekonun transferini açıqlayıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bosniyalı futbolçu yeni klubu ilə 1 illik müqavilə bağlayıb.
Dzeko ötən mövsüm "Fənərbağça"nın heyətində 53 oyuna çıxıb, 21 qol vurub və 8 məhsuldar ötürmə edib. O, əvvəllər "Volfsburq", "Mançester Siti", "Roma" və "İnter" kimi tanınmış klublarda da oynayıb.