AZ

David Santos “Şamaxı”da - Rəsmi

2025/2026-cı illər üçün transfer çalışmalarını davam etdirən “Şamaxı” heyətini yeni futbolçu – David Santos ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Tam adı David Tomas Dos Santos Oliveyra olan 23 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik (1+1) müqavilə imzalanıb. Braziliyalı futbolçu yeni klubuna azad agent kimi qoşulub.

David Santos son olaraq Portuqaliyanın “Sportinq” (Kovilya) klubunda çıxış edib. O, 2024-cü ildən formasını geyindiyi bu komandanın heyətində 30 oyuna çıxıb, 2 qola imza atıb.

Braziliyalı müdafiəçi daha öncə “Penafiel”, “Anapolis”, “Lusitana Lurosa”, “Montaleqre”, “Braqa” (B) kimi komandalarda da çıxış edib.

Xatırladaq ki, “Şamaxı” daha öncə Emil Süleymanov, Oruc Məmmədov, Həbib İsmayılov, Dioqo Balau, Karim Rossi və Sezar Henrike Dias Santosla da müqavilə bağlamışdı.

Kamal Bayramov, Brahim Konate, Leroy Mikels, Vasili Bakiç, Vasili Radenoviç, Maykl Tuik, Fəxri Məmmədli, Murad Vəliyev, Rauf Rüstəmli, Cəlal Hüseynov, Vüsal Məsimov və Səbayıl Bağırov komandanı tərk ediblər. Rikardo Fernandes, Alfons Msanqa, Abdulla Seydəhmədov və Rafael Məhərrəmli isə klubla yeni müqaviləyə imza atıblar.

Seçilən
154
5
arena.az

6Mənbələr