AZ

Makronu arvadı yenə pərt elədi

Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makron arasında ictimaiyyət qarşısında diqqətçəkən an yaşanıb.

Milli.Az xəbər verir ki, təyyarədən enərkən birinci xanım Prezident Makronun əlini tutmaqdan imtina edib və təkbaşına enməyi seçib.

Fransa mətbuatı bu hadisəni cütlük arasında yaranan gərginlik kimi şərh edib. Hadisənin səbəbləri açıqlanmasa da, görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Xatırladaq ki, bu, cütlük arasında ilk dəfə yaşanan belə hadisə deyil. May ayının sonunda Vyetnama səfərləri zamanı da Prezident Makron və birinci xanımı arasında gərginlik müşahidə olunmuşdu. Səfər zamanı təyyarənin qapısı açılan anda Bricit Makronun Prezidentə qarşı emosional jesti jurnalistlərin obyektivlərinə tuş gəlmişdi. Hadisə Fransa mətbuatında onların münasibətləri ilə bağlı yeni suallar doğurmuşdu.

Asya
Milli.Az

Seçilən
50
17
milli.az

10Mənbələr