Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Fransa Prezidenti Emmanuel Makron və xanımı Bricit Makron üç günlük rəsmi səfərlə Böyük Britaniyaya gəliblər.
Axar.az xəbər verir ki, səfərin ilk dəqiqələrində cütlük arasında diqqət çəkən hadisə baş verib.
Makron həyat yoldaşı Bricitə təyyarədən enərkən kömək etmək üçün əlini uzadıb. Lakin Bricit ərinin əlindən tutmaq əvəzinə məhəccərdən tutmağa üstünlük verib. Makronun əli havada qaldığı üçün aralarında kiçik gərginlik yaranıb. Daha sonra Fransa prezidenti Böyük Britaniya şahzadəsi Keytin əlini öpərək protokol salamına keçib.
Qeyd edək ki, bundan bir müddət öncə də Vyetnama səfəri zamanı təyyarədən düşməyə hazırlaşan zaman arvadı Bricit Makron Fransa Prezidenti Emmanuel Makrona şillə vurmuşdu.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.