AZ

Yəməndə husilər gəmiyə hücum etdi - İki nəfər itkin düşdü

Bakı, 8 iyul, AZƏRTAC

“Ənsar Allah” hərəkatından olan yəmənli husilər ticarət gəmisinə hücum ediblər. Nəticədə iki nəfər yaralanıb, daha iki nəfər itkin düşüb.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış Britaniya şirkətinə istinadla məlumat yayıb.

Yəmənin Qırmızı dənizdəki Hudeyda limanından 49 dəniz mili cənub-qərbdə baş verən hadisə nəticəsində gəminin mühərrikləri zədələnib.

Husilərin yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Səriya daha əvvəl “Ənsar Allah” hərəkatının hücumuna məruz qalan “Magic Seas” yük gəmisinin Qırmızı dənizdə batdığını bildirib.

Seçilən
40
8
teleqraf.com

9Mənbələr