AZ

Yəməndə husilərin gəmiyə hücumu nəticəsində iki nəfər itkin düşüb

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 8 iyul, AZƏRTAC

“Ənsar Allah” hərəkatından olan yəmənli husilərin ticarət gəmisinə hücumu nəticəsində iki nəfər yaralanıb, daha iki nəfər itkin düşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Reuters” agentliyi dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış Britaniya şirkətinə istinadla məlumat yayıb.

Yəmənin Qırmızı dənizdəki Hudeyda limanından 49 dəniz mili cənub-qərbdə baş verən hadisə nəticəsində gəminin mühərrikləri zədələnib.

Husilərin yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Səriya daha əvvəl “Ənsar Allah” hərəkatının hücumuna məruz qalan “Magic Seas” yük gəmisinin Qırmızı dənizdə batdığını bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
55
9
azertag.az

10Mənbələr