AZ

İndoneziyada oyanan vulkan Yaponiyanı narahat edir VİDEO

ain.az, Azvision portalına istinadən məlumat verir.

AzVision.az xəbər verir ki, bu barədə Yaponiyanın meteorologiya xidməti məlumat yayıb. Sinoptiklər vulkanın yerli vaxtla təxminən 12:10-da (Bakı vaxtı ilə 07:10) püskürməyə başladığını bildirirlər. Dalğa əmələ gələcəyi halda, onun yerli vaxtla təxminən 15:30-da (Bakı vaxtı ilə 10:30) Yaponiya sahillərinə çata biləcəyi deyilir. Yapon mütəxəssislər hazırda sunami ehtimalını öyrənirlər. Levotobi iki zirvəyə malik vulkandır. Onun daha aktiv hissəsi olan Levotobi Laki-laki 1584 metr hündürlükdədir və daha yüksək Perempuan zirvəsindən (1703 m) iki kilometr aralıda yerləşir.

İndoneziya Sakit Okeanın odlu halqasında, yüksək seysmik aktivliyə malik bölgədə yerləşir. Ölkədə olan 500-dən çox vulkandan 130-a yaxını aktivdir. Qeyd edək ki, keçən həftə Yaponiyanın Miyadzaki və Kaqosima prefekturalarının sərhəddində yerləşən Simmoe vulkanı hündürlüyü 5 km-dən çox olan güclü kül sütunu buraxıb. Alimlərin məlumatına görə, bu, 2018-ci ildən bəri ilk belə əhəmiyyətli püskürmədir. Kül 50 km radiusda ərazini əhatə edib. İyunun sonunda Simmoe 500 m hündürlüyə qədər püskürmə ilə orta aktivlik nümayiş etdirib. Sahil İsgəndərov

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
12
azvision.az

10Mənbələr