AZ

Ronaldo Jotanın dəfninə niyə getməyib?

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonun iyulun 3-də avtomobil qəzasında həlak olan milli komanda yoldaşı Dioqo Jotanın dəfnində niyə iştirak etmədiyi məlum olub.

"Ölkə.az" xəbər verir ki, “A Bola” nəşrinin məlumatına görə, Ronaldo jurnalistlərə görə dəfn mərasimində iştirak etməmək qərarına gəlib.

Mənbənin sözlərinə görə, “Əl Nəsr”in forvardı dəfn mərasimində görünməsinin medianın diqqətinə səbəb olacağını düşünüb. Kriştianonun mərhum futbolçunun qohumları ilə aktiv əlaqədə olduğu bildirilir.

“Liverpul”un portuqaliyalı vingeri Dioqo Jota İspaniyanın qərbindəki Zamora əyalətində avtomobil qəzasında həlak olub. Futbolçunun 28 yaşı var idi. Onun qardaşı da faciənin qurbanı olub.(Publika.az)

Seçilən
36
34
olke.az

10Mənbələr