Londonun "Çelsi" klubu Dortmund "Borussiya"sından cinah yarımmüdafiəçisi Ceymi Gittensi transfer edib.
"Report"un məlumatına görə, bu barədə ingilis klubunun mətbuat xidməti məlumat verib.
Qeyd olunur ki, futbolçu ilə müqavilə 2032-ci ilin yayına qədər bağlanıb. "Transfermarkt" portalının məlumatına görə, transfer məbləği 64,3 milyon avro təşkil edib.
Ceymi Gittens "Mançester Siti"nin yetirməsidir. Futbolçu Dortmund "Borussiya"sının gənclər komandasına 2020-ci ilin sentyabrında qoşulub. 2022-ci ilin yayından etibarən hücumçu "arılar"ın əsas heyətində çıxış edib.
Ceymi Gittens 2024/2025 mövsümündə bütün turnirlərdə klub üçün 49 oyun keçirib. 20 yaşlı cinah oyunçusu bu oyunlarda 12 qol və beş məhsuldar ötürmə ilə yadda qalıb.