AZ

Almaniya könüllü altı aylıq hərbi xidmət tətbiq etməyi planlaşdırır

Bakı. Trend:

Almaniya hökuməti ehtiyatda olan əsgərləri hazırlamaq və millimüdafiəni möhkəmləndirmək məqsədilə könüllü altı aylıq hərbi xidmətproqramı yaratmağı planlaşdırır.

Trend xəbər verirki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Proqram çərçivəsində könüllülər təhlükəsizlik vəzifələri üzrəsadə tapşırıqları yerinə yetirmək üçün təlim alacaqlar. Lakinkönüllü sayı kifayət qədər olmazsa, hökumət məcburi hərbi xidmətinbərpasını nəzərdən keçirə bilər.

Almaniyanın müdafiə naziri Boris Pistorius hərbi personalınsayını 180 mindən 260 minə yüksəltməyi hədəfləyir. Hökumət ümidedir ki, altı aylıq könüllü təlim bu rəqəmi iki dəfə artırmağakömək edəcək və bəzi könüllülər xidmətə davam edəcək.

Proqram iştirakçıları yük maşını və tank sürücüsü kimi xüsusivəzifələr üçün əlavə təhlükəsizlik təlimləri ala biləcəklər. Yenikazarmaların tikintisi də planlaşdırılır ki, işə qəbul olunanlarevlərinə yaxın yerlərdə məşq edə bilsinlər.

Əgər hökumət könüllü proqramla bağlı hədəflərə çatmasa, məcburihərbi xidmətin yenidən bərpası ilə bağlı qərar verilməlidir. Qeydedək ki, Almaniya məcburi hərbi xidməti 2011-ci ildə ləğv edib.

Son sorğulara görə, almanların 54 faizi məcburi hərbi xidmətingeri qaytarılmasını dəstəkləyir.

Seçilən
13
18
az.trend.az

10Mənbələr