AZ

KİV: Almaniyada altıaylıq könüllü hərbi xidmət tətbiq ediləcək

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Almaniya Rusiyanın mümkün təcavüzü ilə əlaqədar daha çox ehtiyatda olan hərbçilərin hazırlanması və milli müdafiənin gücləndirilməsi üçün könüllü altıaylıq hərbi xidmət tətbiq etməyi planlaşdırır.

Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, könüllülər mühafizə xidməti kimi sadə tapşırıqları yerinə yetirmək üçün hazırlıq keçəcək, lakin təhsil almaq istəyənlərin sayı az olarsa, hökumət hərbi xidmətə icbari çağırısı nəzərdən keçirə bilər.

Qeyd olunur ki, Almaniyanın müdafiə naziri Boris Pistorius hərbi personalın sayını 180 mindən 260 minə çatdırmaq niyyətindədir. Mənbələrin bildirdiyinə görə, hökumət altıaylıq könüllü təlimlərin bu rəqəmləri ikiqat artırmağa kömək edəcəyinə və könüllülərin bir hissəsinin hərbi xidmətə davam edəcəyinə ümid edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
20
oxu.az

10Mənbələr