AZ

"Borussiya”nın yarımmüdafiəçisi sərxoş videosuna görə cəzalandırıldı

BAKI, 4 iyul. TELEQRAF

Almaniya təmsilçisi “Borussiya Mönhenqladbax” futbolçusu Florian Noyhausu bir ay müddətində əsas komandanın tədbirlərindən kənarlaşdırıb.

Teleqraf “Bild” nəşrinə istinadən xəbər verir ki, bu qərarın səbəbi İspaniyanın Mayorka ərazisində tətildə olan 28 yaşlı yarımmüdafiəçinin sərxoş halda çəkilən videosu olub.

Görüntülərdə Noyhaus içkili vəziyyətdə bir neçə azarkeşlə söhbət edir, öz maaşını ələ salır və klubun idman direktorunu “dünyanın ən pis meneceri” adlandırır.

Nəşr qeyd edir ki, bu ifadəni tam dəqiqliklə Noyhausun adına yazmaq mümkün deyil, lakin futbolçunun bu sözlərə gülməsi diqqətdən yayınmayıb.

Klubun baş direktoru Ştefan Ştegemann bu hadisəyə belə münasibət bildirib:“Noyhausun davranışı və açıqlamaları klub üçün zərərli, qəbuledilməzdir. Onun sözləri klubun nüfuzuna xələl gətirib və bütün klub ailəsini dərin şəkildə məyus edib. Bu cür davranış klubun dəyərləri ilə uyğun gəlmir”.

Qeyd edək ki, Florian Noyhaus 2018-ci ildən “Borussiya Mönhenqladbax”ın formasını geyinir.

Seçilən
16
50
teleqraf.com

10Mənbələr