AZ

"Zirə"də Utziq problemi

style='margin-bottom:10px;'>

"Zirə" futbolçusu Rafael Utziqi cərimələyəcək.

QOL.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Rəşad Sadıqov "Qarabağ"la bugünkü yoxlama görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.

O, braziliyalı yarımmüdafiəçinin komandanın düşərgəsinə qoşulmadığını bildirib. Baş məşqçi qeyd edib ki, 1 illik müqaviləsi olan futbolçu artıq transferə çıxarılıb və əgər Utziq yenidən heyətə qayıtsa, böyük miqdarda cərimə ediləcək.

Qeyd edək ki, 28 yaşlı futbolçu 2024-cü ilin yanvarından "Zirə"də çıxış edir. O, bu müddətdə bütün turnirlərdə  61 matçda 18 qol vurub, 4 qol ötürməsi edib.

Seçilən
34
50
teleqraf.com

10Mənbələr